İQTİSADİYYAT


Aviabiletlərin kateqoriyaları qiymətlərə necə təsir edir ARAŞDIRMA

Aviauçuşlarda biznes və qənaət siniflərinin olduğunu bilirik. Biznes bahalı, qənaət isə ondan daha ucuzdur. Amma bununla yanaşı, hər bir sinfin bronlama kateqoriyaları da var. Aviaşirkətlər həm biznes, həm də qənaət sinifləri üzrə biletləri bir neçə kateqoriya üzrə satışa çıxarırlar. Ona görə hətta qənaət sinfində belə qiymətlər fərqlənir.