Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir ekskavatorla mafiyanın villasını uçurdu – İtaliyada

29.11.2018 [14:42]

İtaliyanın daxili işlər naziri Matteo Salvini Romadakı mafioz klanın villasını uçurmaq üçün özü şəxsən ekskavatorun sükanı arxasına keçib. Başına kaska taxaraq tikiliyə ilk zərbəni endirən nazir söz verib ki, bütün qanunsuz tikililəri yerlə-yeksan edəcək və cinayətkarları rəhm etmədən təqib edəcək.