6 yaşlı uşaq Roma Papasının Vatikanda çıxışı zamanı səhnəyə çıxıb
01.12.2018 [13:59]
Argentinadan gələn 6 yaşlı bir uşaq Roma Papası Fransiskin Vatikanda çıxışı zamanı səhnəyə çıxıb. AZƏRTAC xəbər verir ki, oğlan Papanın yanında dayanan mühafizəçiyə yaxınlaşaraq onunla oynamaq istəyib.
Mühafizəçinin qolunu dartan uşaq onun reaksiya vermədiyini gördükdə səhnədə dövrə vurub.
Uşağın anası səhnəyə gələrək Papadan üzr istəyərək bildirib ki, övladı danışma və eşitmə qüsurludur. Papa isə “buraxın oynasın”, – deyib və gülümsəyib.