Qadın fermer kivi və feyxoa yetişdirir - Lənkəranda
01.12.2018 [14:46]
Rəftarə Şükürova Lənkəranın İstisu qəsəbəsində feyxoa və kivi yetişdirir. Lənkəranlı fermerin təsərrüfatı 13 hektar ərazini əhatə edir. Bunun 6 hektarı feyxoa, 3,5 hektarı kivi bağı, qalanı isə taxıl zəmisidir. Fermerin əsas məqsədi kivi, feyxoa və bu meyvələrdən hazırlanan məhsulları xarici bazara çıxarmaqdır.