Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rus keşiş raketlərə xeyir-dua verdi

01.12.2018 [19:58]

Rusiya Krımda ən son model zenit-raket kompleksləri olan S-400 "Triumf"ların divizionunu yerləşdirib. 4-cü divizionun döyüş növbəsinə başlaması barədə əmri Rusiyanın 4-cü Hərbi-Hava və Hava Hücumundan Müdafiə Ordusunun komandanı general-leytenant Viktor Sevostyanov verib. "Triumf" divizionu rus keşişlərin xeyri-duasından sonra işə düşüb.