Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə etiraz aksiyası zamanı saxlananların sayı 200-dən çoxdur

01.12.2018 [23:46]

Fransanın paytaxtı Parisdə benzinin qiymətinin bahalaşmasına etiraz əlaməti olaraq keçirilən aksiyada yüzlərlə adam saxlanılıb. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Son məlumatda bildirilir ki, saxlanılanların sayı 225 nəfərə çatıb. Daha əvvəl aksiya zamanı 180 nəfərin saxlanıldığı bildirilirdi. Aksiya zamanı həmçinin onlarla insan xəsarət alıb. Onların arasında asayiş keşikçiləri də var. Fransada benzinin bahalaşması ilə bağlı kütləvi etiraz aksiyaları noyabrın 17-dən davam edir.