ABŞ-da uşaq futbol komandasının avtobusu qəzaya uğrayıb
03.12.2018 [17:39]
Xəbərin mətni
ABŞ-ın Arkanzas ştatında uşaq futbol komandasını aparan avtobus qəzaya uğrayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Tennessi ştatının Memfis şəhərinə gedən avtobus yoldan çıxaraq aşıb.
İnsident nəticəsində bir uşaq həlak olub, əksəriyyəti futbol komandasının üzvləri olan 40-dan çox insan isə yaralanıb.