RƏSMİ


Prezident İlham Əliyev Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenayın etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Xeyrullah Spelenay fəxri qarovul dəstəsinin qarşısından keçdi. Xeyrullah Spelenay etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.