RƏSMİ


Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Tahir Salahovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunduğunu, onun hələ əvvəlki dövrlərdə Sosialist Əməyi Qəhrəmanının “Qızıl Ulduzu”na da layiq görüldüyünü vurğuladı. Dövlətimizin başçısı 1-ci dərəcəli “Əmək” ordeninin müxtəlif sahələrdə görkəmli xidmətlərə görə verildiyini bildirdi.