Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ankarada idarəetməni itirən sürücü avtobusu sərnişinlərin üzərinə sürüb

06.12.2018 [17:40]

Türkiyənin Ankara şəhərinin Kızılay meydanında sərnişin avtobusu qəza törədib. Əyləcində problem yarandığından idarəetməni itirən sürücü avtobusu sərnişinlərin üzərinə sürüb. Qəzada 2 nəfərin yaralandığı bildirilir.