DÜNYA


Boluda Koroğlu heykəlinin quraşdırılmasına başlanılıb

Türkiyənin Bolu şəhərində Beynəlxalq Türk Dünyası Koroğlu Parkında 70 metr yüksəklikdə Koroğlu heykəlinin quraşdırılmasına başlanılıb. Heykəl hissələrlə parkın ən hündür nöqtəsinə gətirilib. Onun müəllifi qazaxıstanlı heykəltəraşdır. Heykəlin ağırlığı 40 tondur. Yaxın vaxtlarda heykəlin açılışı olacağı bildirilir. Koroğlu parkı 16 türk dövlətinin mədəniyyətini əks etdirmək üçün yaradılıb.