İtaliyada gecə klubunda basırıq zamanı 6 nəfər ölüb
08.12.2018 [11:49]
Xəbərin mətni
İtaliyanın Ankona şəhəri yaxınlığında konsert zamanı baş verən basırıq nəticəsində azı 6 nəfər həlak olub, 60-a yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Korinaldo şəhərində keçirilən rok-konserti zamanı naməlum şəxsin havaya bibər qazı buraxması tamaşaçılar arasında çaxnaşma yaradıb.