SİYASƏT


Mixail Qusman: AZƏRTAC mötəbər informasiya mənbəyidir

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bu fikri CBC telekanalının “Xüsusi buraxılış” verilişində söyləyib. AZƏRTAC xəbər verir ki, verilişin bu buraxılışı əsasən “Yanlış informasiya siyasəti müasir dünyada sabitliyə təhdiddir” mövzusuna həsr edilib. Mixail Qusman aparıcının son vaxtlar feyk xəbərlərin geniş yayılması barədə sualının cavabında qeyd edib ki, müasir informasiya məkanı müxtəlif xarakterli informasiya ilə o qədər doldurulub ki, xəbərlərin istehlakçısı bu informasiya axınından baş çıxarmağa çətinlik çəkir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır