DÜNYA


Fransada dördüncü şənbə etiraz aksiyası başlayıb

Paris ətrafındakı qəsəbələrdən, eləcə də ölkənin əyalətlərindən gələn aksiyaçılar bir neçə polis yoxlamasından keçərək Zəfər Tağının qarşısına toplaşırlar. Luvr muzeyi, Eyfel qülləsi kimi bir çox turistik məkanlar, eləcə də 36 metro stansiyası bağlanıb. Səhər saatlarında 300 aksiyaçı saxlanılıb.