Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Taliban" üzvlərinin hərbi bazaya hücum anının görüntüləri yayılıb

10.12.2018 [05:04]

"Taliban" silahlıları Əfqanıstanda hərbi bazaya hücum edib. Bala Buluk rayonunda yerləşən hərbi bazaya hücum nəticəsində 8 hərbçi həlak olub, 10-u isə girov götürülüb. Bundan əlavə, "Taliban" üzvləri hərbi bazada olan bütün silah sursatı da ələ keçiriblər.