Türkiyədə ağır qəza: 4 nəfər ölüb, 16 nəfər yaralanıb
10.12.2018 [11:14]
Türkiyədə mikroavtobusla yük maşınının toqquşması nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb. Hadisə Çanaqqala əyalətində baş verib. Fabrik fəhlələrini daşıyan mikroavtobus Yeniceköy yaşayış məntəqəsi yaxınlığında yük maşını ilə toqquşub.