DÜNYA


ABŞ-da qar fırtınası nəticəsində 500-ə yaxın yol-nəqliyyat hadisəsi baş verib

ABŞ-ın Şimali Karolina ştatında baş vermiş qar fırtınası nəticəsində dörd nəfər ölüb. Milli Meteorologiya Xidmətinin məlumatına görə, bəzi ərazilərdə qarın qalınlığı 60 sm-i keçib. Əlverişsiz hava şəraiti ilə bağlı yollarda hərəkət iflic olub. Bildirilir ki, 500-ə yaxın yol-nəqliyyat hadisəsi baş verib.