RƏSMİ


Prezident İlham Əliyev İranın Sərhəd Qoşunları komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən sərhədlərin mühafizəsi ilə bağlı əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyini bildirdi.