Latviyada “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans keçirilib
12.12.2018 [10:37]
Xəbərin mətni
Azərbaycanın Latviyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Latviya ictimaiyyətinin nümayəndələri, siyasət, elm və mədəniyyət xadimləri, media təmsilçiləri, Ukrayna, Moldova, Gürcüstan və digər ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.