SİYASƏT


Şahbaz Quliyev və Dilqəm Əsgərov ilə bağlı Avropa Məhkəməsinə müraciətimiz gələn il müsbət nəticələnə bilər

Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilən müraciətlə əlaqədar gələn il müsbət nəticə əldə oluna bilər. Bu məsələ ilə bağlı lazımi prosedurlar mütəmadi qaydada davam etdirilir. AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov dekabrın 12-də jurnalistlərə açıqlamasında deyib.