Azərbaycan Dövlət İnformasiya Agentliyi

NATO Baş komandanı ilə Rusiya Baş Qərargah rəisinin görüşünün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir

12.12.2018 [18:31]

NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün Bakıda keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir. Bu fikri jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.