DÜNYA
Təyyarə salonunu bürüyən tüstü çaxnaşmaya səbəb oldu
12.12.2018 [22:10]
İçərisində 136 sərnişin olan “İndiGo” Hava yolları şirkətinə məxsus təyyarə təcili eniş etməyə məcbur olub. Hadisə Hindistanın A-320neo təyyarəsinin Jaypur şəhərindən Kəlküt şəhərinə uçuşu zamanı baş verib. Tüstüdən təşvişə düşən sərnişinlər təyyarədən tullanaraq qaçmağa çalışıblar.