DÜNYA


Nyu-Yorkda yanğın: 7 yanğınsöndürən və 5 mülki şəxs xəsarət alıb

ABŞ-ın Nyu-York şəhərində Queens bulvarında yerləşən bir restoranda başlayan yanğın sürətlə yayılaraq yaxınlıqdakı ofisləri də bürüyüb. Nəticədə altı şirkətə ziyan dəyib, binanın dam örtüyünün bir hissəsi uçub. Yanğın Təhlükəsizliyi Xidmətinin məlumatına görə, hadisə yerinə 200-dək canlı qüvvə cəlb olunub. Hadisə zamanı 7 yanğınsöndürən və 5 mülki şəxsin xəsarət aldığı bildirilir.