SİYASƏT


Nazir müavininin Azərbaycan-Aİ tərəfdaşlıq sazişinin mətninin razılaşdırılması və ÜTT-ə üzvlüklə bağlı məsələlərə münasibəti

Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişinin mətni mart ayınadək razılaşdırıla bilər. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib. Nazir müavini bildirib ki, sazişin hazırlanıb paraflanması Azərbaycan üçün əsasdır. Məsələnin gecikməsinin səbəbi Avropa İttifaqında islahatların aparılmasıdır.