RƏSMİ


Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də İran İslam Respublikasının informasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-İran əlaqələrinin çox uğurla inkişaf etdiyini və bu gün yüksək səviyyədə olduğunu dedi. Prezident İlham Əliyev həm özünün İrana, həm də İran Prezidentinin Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq bu səfərlərin münasibətlərimizin möhkəmlənməsində rolunu qeyd etdi.