İQTİSADİYYAT


Avtomobil idxalında aksiz vergisinin artırılması bazara necə təsir edə bilər ARAŞDIRMA

Məlum olduğu kimi, yanvarın 1-dən ölkəyə idxal olunan avtomobillərə aksiz vergisinin artırılması ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur. Bununla bağlı layihə Milli Məclisə təqdim edilib. Dəyişikliyə görə, mühərrikin həcmi 2 litr olan avtomobillərdə hər kubsantimetrinə görə 30 qəpik hesablanacaq ki, bu rəqəm hazırda 20 qəpikdir. Ən yüksək artım isə 5 litrlik mühərriklərdə gözlənilir. Burada aksiz dərəcəsi 40 manatdan 70 manata yüksələ bilər.