SİYASƏT


Parisdə ümummilli lider Heydər Əliyevə həsr olunmuş anım mərasimi keçirilib

Ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanındakı daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Ümummilli Liderin adının ölkəmizin son 40 illik tarixinə həmişəlik həkk olduğunu bildirib.