İQTİSADİYYAT


AQTA nümayəndələri Şəkidə vətəndaşlarla görüşüblər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri dekabrın 15-də Şəki şəhər Heydər Əliyev Mərkəzinin inzibati binasında Qida Təhlükəsizliyi İnstitutunda və yerli struktur bölmələrdə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüblər. Görüşə Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələ rayonlarından Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda işləmək üçün müraciət edən iddiaçılar qatılıb.