İQTİSADİYYAT


Yeni ildən plastik torbaların istifadəsi məhdudlaşdırılacaq

Azərbaycanda hər il adambaşına 24 kiloqram plastik tullantı düşür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik tullantıların ətraf mühitə vurduğu ziyanı nəzərə alaraq yeni ildən xüsusi proqram hazırlamaq niyyətindədir. Bu proqramda plastik torbaların ödənişli olması da nəzərdə tutulub. Tədbirlər planı çərçivəsində ilk növbədə ətraf mühitə daha çox təzyiq göstərən, bir dəfə istifadə olunan nazik, 20 mikrondan aşağı olan polietilen torbalardan istifadənin qadağan olunması nəzərdə tutulur.