Madrid küçələrində minlərlə Santa Klaus
18.12.2018 [21:36]
İspaniya paytaxtında minlərlə Santa Klaus yürüşə çıxıb. Yürüş xərçəng xəstəliyi ilə mübarizəyə dəstək məqsədi ilə keçirilib. Yeddi min nəfərin iştirak etdiyi yürüşə uşaqlar da qatılıblar. Yürüş iştirakçıları 5 kilometr məsafə qət ediblər.