İQTİSADİYYAT


Yanvar-noyabrda avtomobil istehsalı 29,1 dəfə artıb

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 249,7 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 29,1 dəfə artıb, maşın və avadanlıqların istehsalı 24,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,7 faiz azalıb.