Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Turizm Agentliyi ilə Həştərxan vilayəti arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub

19.12.2018 [19:18]

Xəbərin mətni
Dekabrın 19-da Dövlət Turizm Agentliyi ilə Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlıq haqqında sənəd imzalanıb. Agentlikdən AZƏRTAC-a bildirilib ki, imzalanma Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Sergey Morozovla Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev arasında görüş çərçivəsində reallaşıb.