İQTİSADİYYAT


Qazaxıstan televiziyası: Bakı Limanının texnoloji imkanları çox genişdir

Bakı Limanının texnoloji imkanları çox genişdir, burada bütün növ yüklərin aşırılması mümkündür və əməliyyatlarının əksəriyyəti avtomatlaşdırılmış rejimdə həyata keçirilir. AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın ixtisaslaşmış biznes kanalı olan ABC TV-də nümayiş olunan “Yeni İpək Yolu: Avropa ilə Asiyanı birləşdirərkən” adlı sənədli filmdə deyilir.