İQTİSADİYYAT


Kənd təsərrüfatı texnikasına və damazlıq heyvanlara tətbiq olunan güzəştlər bütün təchizatçı şirkətlərə şamil ediləcək

Prezident İlham Əliyevin 2018-ci il 19 dekabr tarixli “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair” Fərmanı həyata keçirilən aqrar islahatların mühüm tərkib hissəsidir. Bu Fərman həm də aqrar islahatların yeni mərhələsi kimi də dəyərləndirilə bilər. AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 20-də Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında nazir müavini İlhamə Qədimova deyib.