"Evdə tək” filmi 28 il sonra Google reklamı oldu
21.12.2018 [12:16]
90-cı illərin məşhur "Evdə tək” filmindəki baş rolu ilə məşhurlaşan Macaulay Culkin "Google” şirkətinin reklamında bu obrazı yenidən canlandırıb. Reklam roliki Milad bayramına həsr olunub. "Evdə tək" filmindən məşhur səhnələr yenə təkrarlanıb. Ssenariyə əsasən milad bayramında o yenə evdə tək qalır, amma bu dəfə “Google”nin səslə idarəetmə proqramı ona bütün işlərdə kömək edir.