RƏSMİ


Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olub
Prezident İlham Əliyev açılışda iştirak edib

Dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısına Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində istifadəyə verilən və tikintisi aparılan müasir məhkəmə bina və kompleksləri barədə məlumat verdi.