DÜNYA


Ağ evdə çaxnaşma – kişi Ağ evin önündəki yolkaya dırmaşdı

Vaşinqtonda, Ağ evin önündə ənənəvi olaraq hər il bəzədilən Milad ağacı müvəqqəti olaraq ictimaiyyətə bağlanıb. Buna səbəb bir kişinin ağaca qəfil dırmaşması səbəb olub. Nəticədə Ağ ev ətrafındakı güvənlik gücləndirilmiş iş rejiminə keçib, əlavə polis nümayəndələri çağrılıb.