DÜNYA
Moqadişoda törədilən partlayışlar nəticəsində 16 nəfər həlak olub
22.12.2018 [18:52]
Somalinin paytaxtı Moqadişoda baş verən iki partlayış nəticəsində 16 nəfər həlak olub. DPA agentliyinin yerli polis orqanlarına istinadla yaydığı məlumata görə, partlayışlar Milli Teatrın yaxınlığında törədilib. Hücum partlayıcı yüklənmiş iki avtomobil vasitəsilə həyata keçirilib.