CƏMİYYƏT


Bakıda 11 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək, arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7°, gündüz 9-11° isti olacaq.