Havanın temperaturu aşağı enəcək
25.12.2018 [14:08]
Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, dekabrın 28-də arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.