İQTİSADİYYAT


Bakıda "Kənddən şəhərə" mağazası açılıb

"Kənddən şəhərə" Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir. Mağazada ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsulları əldə etmək olar. Burada həm xammal, həm də emal olunmuş formada yalnız yerli qida məhsullarının satışı həyata keçirilir.