Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaxın iki gündə hava qeyri-sabit keçəcək

26.12.2018 [14:47]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 27-28-də şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enəcək. Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı bildirilir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI