Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib

27.12.2018 [11:38]

Xəbərin mətni
Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun ön xətt mövqelərində atışma baş verməsi barədə yaydığı xəbərə Azərbaycan Müdafiə Nazirliyindən aydınlıq gətiriblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu, Ermənistan tərəfinin öz ordusundakı baş verən xaos, intizamsızlıq və özbaşınalıq hallarını gizlətmək, o cümlədən dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində mülki vətəndaşlarımızı atəşə tutmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış ucuz təbliğatıdır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI