DÜNYA


İndoneziyada vulkan aktivliyi səbəbindən həyəcan səviyyəsi yüksəldilib

İndoneziyanın hakimiyyət orqanları Zond boğazında yerləşən Anak-Krakatau vulkanının aktivliyinin artması səbəbindən həyəcan səviyyəsini 3-cü dərəcəyə qaldırıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, vulkan rayonunda bütün uçuşların marşrutu dəyişdirilib və Anak-Krakataudan beş kilometr radiusunda uçuşa qapalı zona yaradılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır