Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda sulu qar yağacaq

27.12.2018 [13:37]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağışın sulu qara çevrilməsi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5°, gündüz 6-8° isti olacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI