CƏMİYYƏT


Azərbaycanın şimal rayonlarına 10 santimetrədək qar yağıb

Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 10 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız, Xınalıq kəndlərində və Xızının Altıağac qəsəbəsində qeydə alınıb. Dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb. Qusarın rayon mərkəzində qarın hündürlüyü 7 santimetrə çatır. Hazırda qar Quba, Qusar və Xızı rayonları ərazisinə yağmaqda davam edir.