CƏMİYYƏT


Bakıda hava yağmursuz olacaq

Dekabrın 29-da hava şəraitinin arabir yağıntılı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında dekabrın 29-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.