Xaçmazın Qadaşoba kəndinin yolu əsaslı şəkildə yenidən qurulub
28.12.2018 [16:32]
Xəbərin mətni
Qadaşoba kəndinə yeni avtomobil yolunun çəkilməsi ilə iki yaşayış məntəqəsində yaşayan 2 min 500-ə yaxın əhalinin Gəndob-Yalama avtomobil yoluna rahat və maneəsiz gediş-gəlişi təmin olunub.
Yolun açılış mərasimində Xaçmaz rayon rəhbərliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər.