CƏMİYYƏT


Məcburi köçkün: Bayramı sevinclə, yüksək əhvalla qeyd edirik

Tərtər rayonunda məcburi köçkünlər üçün salınmış 1170 ailəlik yaşayış kompleksində də bayram əhval-ruhiyyəsi hökm sürüb. 2017-ci ildə inşa edilən və hər biri 4 mərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyasından ibarət yaşayış kompleksinə məcburi köçkünlər ötən ilin fevral ayından başlayaraq köçürülüb.