Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Maqnitoqorskda yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 32-yə çatıb YENİLƏNİB

03.01.2019 [00:05]

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 32-yə çatıb. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı jurnalistlərə açıqlamasında məlumat verib. O, ölənlərdən birinin azyaşlı olduğunu bildirib. Xatırladaq ki, dekabrın 31-də yerli vaxtla saat 04 radələrində Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.